Rusiyanın iki strateji raketdaşıyıcısı Yapon dənizi üzərində uçuş həyata keçirib

Rusiyanın iki strateji raketdaşıyıcısı Yapon dənizi üzərində uçuş həyata keçirib

Rusiyanın iki Tu-95MS strateji raketdaşıyıcısı Su-30SM qırıcılarının müşaiyəti ilə Yapon dənizi üzərində uçuş həyata keçirib.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Rusiya hərbi təyyarələrini Cənubi Koreyanın F-16-ları müşayiət edib.

“Rusiya hərbi aviasiyaya məxsus iki Tu-95MS strateji raket daşıyıcısı Yapon dənizinin neytral suları üzərində hava məkanında planlı uçuş həyata keçirib. Uçuşun müddəti təqribən yeddi saat olub. Tu-95MS təyyarələrinin qırıcı müşayiəti Rusiya Hava Kosmik Qüvvələrinin Su-30SM ekipajları tərəfindən təmin edilib. Marşrutun müəyyən mərhələlərində strateji raketdaşıyıcıları Koreya Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları müşayiət edib”, – deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

2 − 1 =