Sabah külək əsəcək – HAVA PROQNOZU

Sabah külək əsəcək – HAVA PROQNOZU

İyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-45 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

seven − 5 =