Şarl Mişel sərhəddəki gərginliyə münasibət bildirib

Şarl Mişel sərhəddəki gərginliyə münasibət bildirib

Ermənistan-Azərbaycan sərhədində döyüşlərin getməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir. Tam və dayanıqlı atəşkəs vacibdir.

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Tvitter” səhifəsində yazıb.

O, sülh və sabitliyə alternativin olmadığını və bunu təmin etmək üçün diplomatiyanın alternativsiz olduğunu bildirib.

Mişel hər iki ölkənin lideri ilə əlaqə saxladığını vurğulayıb.

“Cozep Borrell Aİ-nin xüsusi nümayəndəsi Klaardan gərginliyin daha da artmasının qarşısını almaq üçün Bakı və İrəvana getməyi xahiş edib”, – Aİ lideri əlavə edib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

20 − 4 =