Seyid Həsən Nəsrullah: Amerika və İsrail şeytanın ən böyük təzahürüdür

Seyid Həsən Nəsrullah: Amerika və İsrail şeytanın ən böyük təzahürüdür

Livan Hizbullahının baş katibi ABŞ və sionist rejimin zamanın şeytanları olduğuna işarə edərək, bu hərəkatın mübarizəsinin davam edəcəyini bildirib.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Məhərrəm ayının beşinci gecəsi Aşura toplantısında iqtisadi embarqonun müharibə olduğunu, ona qarşı səbrin isə cihad olduğunu vurğulayıb.

Əl-Mənar xəbər kanalı Nəsrullaha istinadən xəbər verir ki, sanksiyalarla üzləşmək həm də cihadçı qarşıdurmadır və düşmən də müqavimətə qarşı müxtəlif döyüşlər aparıb və bu səbəbdən də müxtəlif yollarla qarşıdurma aparılmalıdır.

33 günlük müharibənin Hizbullahın girdiyi ən çətin müharibə olduğunu bildirərək, belə bir açıqlama verdi: Bu müharibə daxili çəkişmələr şəraitində baş verdi, lakin biz Allaha sığındıq və O, bizi qələbəyə apardı. Çünki o, bizim səmimi niyyətimizi gördü.

Hizbullahın baş katibi qeyd edib ki, bu hərəkat 40 il əvvəldən İmam Hüseyn (ə) və onun babası Peyğəmbərdə (ə) təqlid edir.

Bizim hərəkat beləcə cihadçı hərəkatdır. Nə qədər ki, Amerika və İsrailin planı var, biz onunla hərbi, təhlükəsizlik, mədəni və sosial səviyyədə qarşı-qarşıya gələcəyik.

Amerika və İsrail şeytanın təcəssümüdür

Hizbullahın cihadının sadəcə hərbi mübarizə olmadığını vurğulayan Nəsrullah əlavə edib: Bizim cihadımız beynəlqalq müqavimətə çağırışdır. Bu gün və indiki zamanda Amerika və İsrail şeytanın təcəssümüdür. Bu müharibə davam edir.

Təbii ki, seçkilər zamanı xalqın reaksiyası çox kəskin oldu və nəticələr düşməni məyus etdi. Xüsusilə üç illik iqtisadi blokadadan sonra bunlar baş verdi.

Hizbullahın baş katibi Amerika səfirinin Misirdən qaz və İordaniyadan elektrik nəqli ilə bağlı boş vədlərini tənqid edərkən deyib: Bir il keçdi, amma heç nə olmadı. Sonda düşmənin media müqavimətə qarşı təbliğata başladıl və onu [Livan böhranına görə] məsul adlandırdılar.

Nəsrullah sonda Livandakı yanacaq böhranını da vurğuladı: “Biz yanacaq məsələsində Livan xalqının yanındayıq”. Bu səbəbdən İranın neft məhsullarının Livan lirəsi ilə satılması ilə bağlı əvvəlki təklifini gündəmə gətirdik və Livan rəhbərliyinə təqdim etdik, lakin Amerikanın vetosu buna mane oldu.

Bununla əlaqədar olaraq Livan Hizbullahının baş katibi Məhərrəm ayının üçüncü gecəsi Beyrutun cənub ətraflarında keçirilən Aşura toplantısında etdiyi çıxışında vurğuladı ki, biz sionist rejimlə danışıqların tərəfi deyilik.

O, bu danışıqlarda Livan hökumətini dəstəkləyərək sözünə davam etdi və dəniz sərhədlərinin müəyyən edilməsi ilə bağlı danışıqların Livan hökumətinin məsuliyyətində olduğunu və hökumətin gördüyü heç bir tədbirə veto qoymayacağını vurğuladı.

Hizbullahın baş katibi dəniz sərhədlərinin müəyyən edilməsi üçün aparılan danışıqların gələcəkdə müqavimətin hərəkətlərini müəyyən edəcəyini bildirib və əlavə edib: “Müqavimətin gələcəkdə sionist rejimlə davranışı Beyrut və Təl-Əvivdəki dolayı danışıqların nəticələri ilə bağlıdır. “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

1 × one =