Sionist rejimin əsgərləri gecə saatlarında bir fələstinli şəhidin cənazəsini oğurlayıblar + video

Sionist rejimin əsgərləri gecə saatlarında bir fələstinli şəhidin cənazəsini oğurlayıblar + video

Sionist rejim əsgərləri cinayətlərinin izlərini məhv etmək üçün gecə saatlarında bir fələstinli şəhidin cəsədini evindən oğurlayıblar.

Fələstin mediası bu gün (cümə axşamı) İsrail əsgərlərinin bir fələstinli şəhidin cəsədini oğurladığını bildirib.

 “Ərəb 48” xəbər saytı sionist qüvvələrin ötən həftə şəhid “Məhəmməd Şaham”ın “Kəfr Əqab” bölgəsindəki evində öldürülməsindən sonra onun cəsədini oğurladığını bir video yayımlayaraq elan edib.

Fələstin mənbələri bu hərəkətin təxminən on gün əvvəl sionist əsgərlərin qəfildən bu fələstinli şəhidin atasının evinə daxil olması ilə edildiyini bildirirlər.

Arab 48 bundan əvvəl xəbər vermişdi ki, avqustun 15-də (on gün əvvəl) qəfildən Məhəmməd Şahamın evinə daxil olan İsrail əsgərləri ona yaxın məsafədən atəş açıblar.

Fələstin Tibbi Ekspertizası bu gün verdiyi hesabatda 21 yaşlı Məhəmməd Şahamın başından və bədəninin yuxarı hissəsindən üç güllə yarası aldıqdan sonra öldüyünü açıqlayıb.

Bu xəbərə görə, birinci güllə bu fələstinli şəhidin beynini parçalayıb, ikinci güllə onun ürəyini və ciyərini deşib, üçüncü güllə isə kürəyinə dəyib.

Şəhid Məhəmməd Şahaminin atası əvvəllər demişdi ki, oğlunun son nəfəsini eşidən zaman oğlu gözləri önündə dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

six + sixteen =