Sionist rejimin işğalı altında olan mühüm limanların internet saytları həklənib

Sionist rejimin işğalı altında olan mühüm limanların internet saytları həklənib

Müvəqqəti sionist rejimin qəzeti işğal altındakı Fələstində iki limanın internet saytlarının Fələstin tərəfdarlarına aid edilən hakerlər tərəfindən sındırıldığını bildirib.

Müvəqqəti sionist rejimin bir qəzeti çərşənbə axşamı gecəsi yazıb ki, işğal olunmuş Fələstinin iki mühüm limanının internet saytları Fələstin tərəfdarlarına aid edilən hakerlər tərəfindən həklənib.

“Yediot Aharanot” qəzeti “Banqladeş Sirli Komandası” adlı Fələstin tərəfdarı olan haker qrupunun Eylat limanı və Aşdod limanının internet saytlarını sındırdıqlarını iddia etdiyini yazıb.

Bu qəzet iddia edib ki, bu qrupun istifadəçilərin şəxsi məlumatlarını oğurlamağa müvəffəq olub-olmaması hazırda məlum deyil.

 Sionist “Haaretz” qəzeti bu yaxınlarda işğal olunmuş Fələstin şəhərlərindən birinin kanalizasiya sisteminə haker hücumuna toxunaraq yazıb ki, ekspertlər İsrailin bir çox infrastruktur sistemlərinin kiber müharibələrdə ifşa olunduğu barədə xəbərdarlıq ediblər.

Sionist rejimin kibermüdafiə qrupunun rəhbəri Tom Aleksandroviç deyib:

“Bir çox son hadisələrdə ardıcıl olaraq gördüyümüz zəif cəhət ondan ibarətdir ki, müasir təhlükəsizlik sistemlərini ehtiva etməyən bu uzaq terminal vahidləri onlara İnternetdən daxil olan hakerə onları nəzarətə götürməyə və onların işləmə üsulunu dəyişdirməyə imkan verə bilər.”

Bir müddət əvvəl “Ət-Tahira” adlı iraqlı haker qrupu üç sionist şirkətin internet saytlarını həkləyib və birinci səhifədə şəhid general Hacı Qasım Süleymaninin şəklini və Ət-Tahirə himnini dərc ediblər.

Bu haker hücumunda elektron hissələrin satışı və onlayn alış-veriş sahəsində fəaliyyət göstərən şirkətlərin yeddi internet saytı hücuma məruz qalıb.

İraqlı haker qrupları ilə yanaşı, “Musanın Əsası” haker qrupu da sionist rejimin obyekt və bazalarını və bu rejimin hərbi komandirlərinin mobil telefonlarını dəfələrlə sındırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

5 × five =