Sionist rejimin Suriyanın Hələb hava limanına hava hücumu

Sionist rejimin Suriyanın Hələb hava limanına hava hücumu

Suriya xəbər mənbələri sionist rejimin Hələb hava limanını hədəf aldığını bildirib.

Əl-Vətən qəzeti Latakiyadakı müxbirinə istinadən xəbər verir ki, bu şəhərdən bir neçə partlayış səsi eşidilib. Hələbdə olan Əl-Vətən müxbiri bu şəhərin səmasından bir neçə partlayış səsi eşitdiyini bildirib.

Bununla belə, Suriyanın rəsmi xəbər agentliyi (SANA) sionist rejimin Hələb hava limanını hava hücumları ilə hədəfə aldığını bildirib. Bu hücumların mümkün itkiləri və dağıntıları barədə əlavə məlumat yoxdur. SANA bir neçə raketin zərərsizləşdirildiyini və onların vurulduğunu bildirib.

Latakiyada olan Sputnik müxbiri bildirib ki, bu şəhərin ətrafından bir neçə partlayış səsi eşidilib. Bu partlayışlar Suriya hava hücumundan müdafiə sisteminin İsrail raketlərini hədəf alması nəticəsində baş verib.

O, bu raketlərin Suriyanın qərb sahillərindən ölkənin hava məkanına daxil olduğunu açıqlayıb. Bəzi xəbər mənbələri atılan raketlərin sayını üç olaraq açıqlayıb. Bu hücumlarda Hələb hava limanının uçuş-enmə zolağının zədələndiyi bildirilir.

Suriya Müdafiə Nazirliyindəki mənbə bu hücumun təfərrüatlarını açıqlayıb və bildirib ki, bu gün axşam yerli vaxtla saat 16:20-də Aralıq dənizi istiqamətindən bir neçə raket atılıb və Hələb hava limanı hədəfə alınıb. Bu mənbəyə görə, bu hücum Hələb hava limanını yararsız hala salıb.

Suriya hava hücumundan müdafiə qüvvələri Dəməşqin cənubunda 4 raketi zərərsizləşdirib. Dəməşq Beynəlxalq Aeroport yolu, Dəməşq-Dəraə avtomobil yolu və Dəməşq əyalətinin cənubunda yerləşən Əl-Kusvəh şəhəri ətrafında raketlərə qarşı zərbələr endirilib.

Bu hücumdan bir neçə saat əvvəl suriyalı mənbələr sionist rejim qırıcılarının Suriyanın şimal-qərbində yerləşən Hələb Beynəlxalq Hava Limanına hücumunu elan etmişdilər.

Suriya hökuməti dəfələrlə bəyan edib ki, sionist rejim və onun regional və qərb müttəfiqləri Suriya hökuməti ilə vuruşan terrorçu təkfirçi qruplara dəstək verirlər. İndiyədək Suriya ordusu dəfələrlə işğal altındakı Fələstinin Suriyada yerləşən terrorçu qruplaşmalardan silah və sursat daşımaları aşkar edib.

Sionist rejim qırıcıları növbə ilə Livanın hava məkanını pozur və ya işğal altındakı Colan təpələri vasitəsilə Suriyanın şərq və şimal-qərbindəki hədəflərə raket hücumları həyata keçirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

three + 9 =