Sionistlərin Tobasın cənubuna hücumu: 5 fələstinli ağır yaralanıb

Sionistlərin Tobasın cənubuna hücumu: 5 fələstinli ağır yaralanıb

Sionist qüvvələrin İordan çayının qərb sahilində yerləşən Tubasın cənubuna vəhşicəsinə hücumu nəticəsində 5 fələstinli ağır yaralanıb.

Əl-Əhədin məlumatına görə, sionist hərbçilərin işğal olunmuş ərazilərin müxtəlif bölgələrində Fələstin vətəndaşlarına qarşı silsilə vəhşi hərəkətləri davam edir.

Bu xəbərə görə, İsrail əsgərləri İordan çayının qərb sahilində yerləşən Tobasda Fələstin yaşayış məntəqələrinə hücum edib. Bu hücumdan sonra iki tərəf arasında şiddətli toqquşmalar baş verib.

Şahidlər bildiriblər ki, sionistlər Tobasda fələstinlilərə qarşı döyüş güllələri və gözyaşardıcı qazdan istifadə ediblər. Qarşıdurma zamanı 5 fələstinlinin ağır yaralandığı bildirilir.

Fələstin media mənbələri yaralanan 5 fələstinlinin hamısının vəziyyətinin ağır olduğunu açıqlayıb. Bu hücum sionistlərin ötən gecə İordan çayının qərb sahilində Cəninə hücumu zamanı baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

four × four =