Somalidə silahlılar tərəfindən ələ keçirilən hoteldən 100-dən çox insan çıxarılıb

Somalidə silahlılar tərəfindən ələ keçirilən hoteldən 100-dən çox insan çıxarılıb

Somali təhlükəsizlik qüvvələri silahlılar tərəfindən ələ keçirilən 106 girovu paytaxtdakı “Hite” hotelindən çıxarıb.

Bu barədə bazar günü Somali federal polisinin rəhbəri general Abdi Həccar məlumat verib.

Bildirilib ki, silahlıların hotelə basqını və ondan sonrakı əməliyyatlar zamanı 15-dən 40 nəfərədək adam həlak olub, təxminən 70 nəfərsə yaralanıb.

Qeyd edək ki, “Əş-Şəbab” terrorçuları cümə günü axşam saatlarında Moqadişonun mərkəzi hissəsində rəsmilər və hərbçilər arasında məşhur olan hotelə hücum ediblər. Hücumdan əvvəl üç  bomba partlaması olub. Bir qrup yaraqlı binaya soxularaq binanın ərazisində barrikada qurmağa müvəffəq olub. Köməyə gələn polis bölməsi hotelin yaxınlığında silahlılar tərəfindən pusquya salınıb.

Lakin şənbə günü xüsusi təyinatlılar hotelə girərək insanları çıxara biliblər. Avqustun 20-də axşam saatlarında Somali komandanlığı silahlıların artilleriya atəşi ilə barrikada qurduğu binanın bir hissəsini dağıtmaq qərarına gəlib.

Xatırladaq ki, “Əş-Şəbab” qruplaşması 2004-cü ildə Somalidə yaradılıb. 2008-ci ildən onun yaraqlıları vaxtaşırı terror aktları törədirlər.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

6 + 18 =