Şotlandiya və Uels Ukraynaya hərbi yardım ayırıb

Şotlandiya və Uels Ukraynaya hərbi yardım ayırıb

Şotlandiya və Uels Ukraynaya 100 milyon funt-sterlinq həcmində hərbi yardım ayırmağı qərara alıb.

“Report” “RBK Ukraina”ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Baş naziri Boris Conson məlumat verib.

Bildirilib ki, Şotlandiya 65, Uels isə 35 milyon funt-sterlinq vəsait ayırıb.

Xatırladaq ki, Avstraliya isə Ukraynaya 100 milyon dollarlıq hərbi yardım paketi verəcək.

Bundan əlavə, iyulun 1-də ABŞ Ukraynaya 820 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Buraya iki NASAMS hava hücumundan müdafiə sistemi və HIMARS çoxsaylı buraxılış raket sistemi daxildir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

5 + thirteen =