TIME: ABŞ ukraynalı pilotlara A-10 hücum təyyarəsində təlim keçir

TIME: ABŞ ukraynalı pilotlara A-10 hücum təyyarəsində təlim keçir

Bir qrup ukraynalı pilot ABŞ-da təlim keçir.

APA xəbər verir ki, bu barədə “TIME” məlumat yayıb.

Amerikalı jurnalistlərin məlumatına görə, hərbçilər A-10 hücum təyyarələrində təlim keçir.

Jurnalistlərin gözlərini bağlamaq şərti ilə keçən ay gizli pilotların təlim mərkəzinə getməsinə icazə verildiyi bildirilir.

Müxbir təlim yerində A-10-ların və “Sakit olun və sovet tanklarını məhv edin” yazısı olan plakatları görüb.

Beş ukraynalı pilota simulyatorlarda da təlim keçirilib. Hər bir kompüterdə real idarəetmə çubuğu, joystik və virtual reallıq gözlükləri var.

Amerika mətbuatı daha əvvəl yazmışdı ki, Vaşinqton köhnə A-10 hücum təyyarələrinin Ukraynaya təhvil verilməsini nəzərdən keçirir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

nineteen − thirteen =