Tükiyədə ağır yol qəzasında 16 nəfər yaralanıb

Tükiyədə ağır yol qəzasında 16 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzası baş verib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şanlıurfanın Siverek rayonunda qeydə alınıb.

Belə ki, işçiləri daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub. Qəza nəticəsində 16 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə cəlb edilən təcili yardım maşınları ilə Siverek Dövlət Xəstəxanasına aparılıb.

Yol qəzası ilə bağlı araşdırma aparılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

17 + 15 =