Türkiyə hərbi gəmisi son on ildə ilk dəfə İsraildə

Türkiyə hərbi gəmisi son on ildə ilk dəfə İsraildə

Ankara ilə Təl-Əviv arasında diplomatik münasibətlərin korlandığı 2010-cu ildən bəri türk hərbi gəmisi ilk dəfə İsrailə limanına yaxınlaşıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb .

Bunun iki ölkə arasında münasibətlərin yaxşılaşması sayəsində mümkün olduğu qeyd edilir.

“TCG KEMALREİS” freqatı NATO-nun Aralıq dənizindəki manevrləri çərçivəsində şənbə günü Hayfada dayanıb.

Bundan əvvəl Ankara ekipajı sahilə endirmək üçün müraciət etmişdi.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

three × five =