Türkiyədə turistləri daşıyan mikroavtobus uçuruma düşüb, 18 nəfər yaralanıb

Türkiyədə turistləri daşıyan mikroavtobus uçuruma düşüb, 18 nəfər yaralanıb

Türkiyədə Qara dəniz sahilindən Malatya şəhərinə qayıdan və turistləri daşıyan mikroavtobus uçuruma düşüb. Nəticədə 18 nəfər xəsarət alıb.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza Tunceli-Ərzincan yolunun 44-cü kilometrliyində baş verib. Sürücü idarəetməni itirib və avtobus yoldan çıxıb.

Hadisə yerinə çox sayda həkim, xilasedicilər, yanğınsöndürənlər və jandarma briqadaları göndərilib. Yaralılar Tunceli Dövlət Xəstəxanasına çatdırılıb, onlara tibbi yardım göstərilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

19 + ten =