Un və çörəyin qiymətində artım gözlənilir: 70 qəpik… – VİDEO

Un və çörəyin qiymətində artım gözlənilir: 70 qəpik… – VİDEO

Son vaxtlar unun qiymətində ediləcək dəyişiklik xəbərindən sonra unun satışının azaldığı iddia edilir. Belə xəbərlər gəzir ki, bu da un qıtlığının yaranmasına səbəb olub.

BAKU.WS xəbər verir ki, paytaxtda çörək istehsalı ilə məşğul olan sexlərdən birinin direktoru Söhrab Cabbarov “Xəzər Xəbər”ə deyib ki, un ehtiyatları əvvəlki həftələrlə müqayisədə azalıb. Səbəb un satışı ilə məşğul olan dəyirman və bəzi mağazaların qiymətdə ediləcək dəyişiklik xəbərindən sonra satışı limitə keçirimələridir.

Söhrab Cabbarov onu da bildirib ki, unun qıtlığı ilə bağlı çörək istehsalı ilə məşğul olan müəsissə rəhbərləri İqtsiadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat veriblər. Bu gün adı çəkilən qurumda iclas keçirilib və bununla bağlı qərar qəbul olunub.

Çörək sexləri qiymətə dəyişklik ediləndən sonra bütün mağazalarla yeni müqavilə bağlayacaqlarını bildirirlər. Un istehsal edən dəyirmanların satışı limtlə etməsi şəhər mağazalarında un qıtlığına səbəb olubmu?

Gəzən xəbərlər bölgələrdə də süni ajiotaja səbəb olub. Şamaxıda rayon sakinləri bir neçə gündür un tapa bilmədiklərini desələr də, un satışı ilə məşğul olan mağaza sahibləri isə bildirir ki, un dəyirmanlardan alınıb və hazırda yoldadır.

Qiymətin həqiqətən də bahalaşıb bahalaşmayacağını isə yaxın günlərdə müşahidə edəcəyik.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

15 − 9 =