Ürəyin transplantasiyasını təcili edən amillər açıqlanıb

Ürəyin transplantasiyasını təcili edən amillər açıqlanıb

Ürəyin transplantasiyasını təcili edən amillər açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar”ın və “Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.

Qərara əsasən, ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşından yuxarı şəxslər üçün meyarlar aşağıdakılardır:

Veno-arterial ekstrakorporal membran oksigenasiyanın (ECMO) aparılması;

Endovaskulyar olmayan, cərrahi yolla implantasiya olunmuş biventrikulyar dəstək cihazının (Biventricular support device) tətbiq edilməsi;

Qan dövranına mexaniki dəstək cihazının (Mechanical circulatory support device) tətbiq edilməsi.

Ürəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair 18 yaşınadək şəxslər üçün meyarlar aşağıdakılardır:

Davamlı süni tənəffüsün aparılması;

Aortadaxili balon cihazının (Intra-aortic balloon pump) tətbiq edilməsi;

Arterial (Botal) axarından asılı olan kiçik və ya böyük qan dövranı (Ductal dependent pulmonary or systemic circulation). Axarın
açıq vəziyyətinin stend və ya prostaqlandin infuziyası ilə təmin edilməsi vəziyyəti;

Hemodinamikaya ciddi təsir göstərən ürəyin anadangəlmə qüsuru, eyni zamanda bir neçə inotrop dərman vasitəsi və ya yüksək dozada tək inotrop dərman vasitəsindən istifadə;

Qan dövranına mexaniki dəstək cihazının (Mechanical circulatory support device) tətbiq edilməsi.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

eight − 4 =