Xəlil Əl-Əvavədənin aclıq aksiyası 166-cı gününə çatıb

Xəlil Əl-Əvavədənin aclıq aksiyası 166-cı gününə çatıb

Fələstinli məhbus Xəlil Əl-Əvavədə sionist həbsxanasında müvəqqəti saxlanmasına etiraz olaraq 166-cı gündür ki, aclıq aksiyası keçirir.

Fələstin İnformasiya Mərkəzi bu gün cümə axşamı yazıb: Bu fələstinli məhbus çox təhlükəli vəziyyətdədir və hazırda 1948-ci ildə işğal olunmuş ərazilərdə İsrail xəstəxanasına yerləşdirilib.

Son 3 günlük toqquşmalardan sonra müqavimət və sionist rejim arasında Qəzzədə vəziyyətin sakitləşdirilməsinə dair razılaşmanın bəndləri arasında Xəlil Əl-Əvavədənin azad edilməsinin olmasına baxmayaraq, sionist tərəf hələ də onun azadlığa buraxılmasına razılıq verməyib.

 Xəlil Əl-Əvavədə iyulun 2-də aksiyayısını bərpa edib. 111 gün davam edən aksiyadan sonra o, işğalçıların onu azad etmək vədi əsasında tətilini dayandırdı, lakin onlar nəinki verdikləri vədləri yerinə yetirmədilər, əksinə, bir daha onun barəsində 4 aylıq inzibati həbs qərarı çıxardılar.

İslami Cihad hərəkatının liderlərindən olan Əl-Əvavədə və Bəssam Əs-Sədinin azad edilməsi Qəzzədə atəşkəs üçün bu hərəkatın şərtlərindən biri idi və bu iki fələstinli məhbusun azad edilməsi üçün danışıqlar vasitəçi tərəflərlə davam edir.

 Cümə axşamı BMT nümayəndə heyətinin Əs-Sədi ilə görüşdüyü bildirildi. Beynəlxalq Qırmızı Aypara Komitəsi də atəşkəslə bağlı İslami Cihadın şərtləri əsasında Əl-Əvavədə və Əs-Sədinin azadlığa buraxılması üçün zəmin hazırlamaq məqsədilə iki gün əvvəl bu iki məhbusla görüş keçirib.

Sionist rejim və İslami Cihad hərəkatı arasında atəşkəs razılaşması Misirin vasitəçiliyi ilə həyata keçirilib.

Bu atəşkəs Qəzza zolağının daxilindən 58 sionist yaşayış məntəqəsinin Fələstin müqavimət qüvvələrinin raket hücumlarına məruz qalmasından sonra bağlanıb və həyata keçirilib.

Bu razılaşmaya əsasən, Misir əsir Bəssam Əs-Sədini ən qısa müddətdə azad etməyə çalışacaq və həmçinin əsir Əvavədənin azad edilməsi üçün səy göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

four × 5 =