Yalnız Ərbəin yürüşündə görünə bilən unikal görüntülər-Foto

Yalnız Ərbəin yürüşündə görünə bilən unikal görüntülər-Foto

Son mənzili Kərbəla olan böyük Ərbəin yürüşü yalnız bu marşrutda görünən unikal görüntülər yaradıb.

İmam Hüseynin Ərbəin gününə cəmi 5 gün qaldığı halda, İraq vətəndaşları hələ də bütün imkanları və var-dövləti ilə zəvvarlara xidmət göstərirlər.

Bəzi İraq vətəndaşları əlil olmasına baxmayaraq, İmam Hüseynin (ə) zəvvarlarına xidmət etmək üçün səylərini əsirgəmirlər.

İraq sünniləri əvvəlki illərdə olduğu kimi Ərbəin yürüşü yolunda zəvvarlara xidmət göstərir.

İmam Hüseynin (ə) hərəminin sözçüsü Əli Şubbər bazar günü builki Ərbəin mərasiminin İraq tarixində ən böyük mərasim olacağını proqnozlaşdırıb.

O, mediaya müsahibəsində bildirib ki, Ərbəin mərasiminin zirvəsi bu gün başlayıb və beləliklə, çoxlu sayda piyada və başqa ölkələrdən olan zəvvarlarla yanaşı, çoxlu sayda zəvvar Kərbəlaya daxil olub.

Bu, ötən cümə axşamı İran İslam Respublikasının daxili işlər naziri Əhməd Vəhidi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin İraqa gələrək, bu ölkənin bir sıra siyasi və yüksək vəzifəli şəxsləri, o cümlədən, İraqın baş naziri Mustafa Əl-Kazimi ilə görüşdüyü bir vaxtda baş verib.

İraqın rəsmi xəbər agentliyi (WAA) Əl-Kaziminin ofisinə istinadən xəbər verir ki, bu görüşdə iki qonşu ölkə arasında ikitərəfli əlaqələr, ikitərəfli əməkdaşlığı gücləndirmək yolları və İran və İraq xalqlarının xeyrinə olan sahələrdə birgə koordinasiyaya dəstək göstərmək məsələləri müzakirə edilib.

Bu görüşdə Əl-Kaziminin İraqın sabitlik və təhlükəsizliyini təmin edən həll yollarının tapılması üçün “Milli Dialoq” təşəbbüsü ilə İraqdakı mövcud siyasi böhranı cilovlamaq səyləri də nəzərdən keçirilib.

Bu görüşdə İraq tərəfinin iranlı Ərbəin zəvvarlarının gəlişinin asanlaşdırılması, onların təşkili, yerləşdirilməsi və dəstəyi ilə bağlı məsələlər də nəzərdən keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

five × 1 =