Yanğınsöndürmə briqadasının İmam Hüseyn (ə) zəvvarlarına xidmətləri

Yanğınsöndürmə briqadasının İmam Hüseyn (ə) zəvvarlarına xidmətləri

Tehran Şəhər Yanğınsöndürmə İdarəsinin sözçüsü deyib: Tehran Bələdiyyə Yanğından Mühafizə İdarəsi Kərbəla və Nəcəf Əşrəf bölgələrinə qüvvələrini göndərməklə, qəza qurbanlarına kömək etməklə yanaşı, zəvvarlara yemək və su paylayır.

Tehran Bələdiyyəsinin Yanğınsöndürmə İdarəsinin sözçüsü Seyid Cəlal Məliki müsahibədə yanğınsöndürmə idarəsinin İmam Hüseynin (ə) Ərbəin zəvvarlarına xidmət tədbirləri haqqında deyib: Tehranın yanğınsöndürmə idarəsi Kərbəla və Nəcəfə qüvvələrini göndərib və onlar yanğın təhlükəsizliyini təmin etməklə yanaşı, zəvvarlara yemək və su paylamasında da iştirak edirlər.

O əlavə etdi: Yanğınsöndürənlər Mehran, Çədabə, Şələmçə və Xosrəvi sərhədlərində olublar və Nəcəf, Kərbəla və Kazimeyn şəhərlərində yerləşdirilməklə yanaşı, Kərbəla ilə Nəcəf arasında iki marşurut üzərində yerləşdiriliblər.

Tehran Bələdiyyəsinin Yanğınsöndürmə İdarəsinin sözçüsü qeyd edib: Yanğınsöndürənlərdən ibarət şəxsi heyətlə yanaşı, zəvvarlara xidmət üçün çoxlu sayda maşın və yanğınsöndürmə texnikası da göndərilib.

Məliki deyib: Yanğınsöndürmə briqadası qəza qurbanlarına kömək etməklə yanaşı, əlil arabalarının təmiri, su çiləmə və marşrutun soyudulması da daxil olmaqla hər cür yardım göstərib İmam Hüseynin (ə) zəvvarlarına həvəslə xidmət edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

3 × one =