Yaponiyada 1 ədəd albalı 296 dollara satılıb

Yaponiyada 1 ədəd albalı 296 dollara satılıb

Yaponiyada “Aomori Heartbeat” albalısının ilk hərrac bir giləmeyvə üçün maksimum qiymət 40 000 yen – təxminən 296 dollar təşkil edib.

“Report” NHK telekanalına istinadən xəbər verir ki, üç il əvvəl Aomori prefekturasından olan istehsalçılar öz yetişdirdikləri albalıların “Aomori Heartbeat” adlı yeni növünü fəal şəkildə bazara çıxarmağa başlayıblar.

Cari ilin ilk hərraclarında bu sortdan bir giləmeyvə üçün qiymət rekord həddə çatıb. 15 giləmeyvədən ibarət qutu 600 000 yen (4 400 ABŞ dolları), bir giləmeyvə isə 40 000 yenə (təxminən 296 dollar) satılıb ki, bu da ötən illə müqayisədə 25 % çoxdur. Ümumilikdə bu sortdan giləmeyvə olan 11 qutu satılıb.

Bildirilib ki, yeni sortun diametri 2-2,5 santimetrə qədər olan giləmeyvə ölçüsü ilə seçilir və onlar açıq qırmızı rəngi, parlaqlığı və zəngin dad balansı ilə də qeyd oluna bilər.

Reeport.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

two + four =