Yoxsulluq həddindən də aşağı yaşayan insanların sayı 70 milyondan çox artıb – BMT

Yoxsulluq həddindən də aşağı yaşayan insanların sayı 70 milyondan çox artıb – BMT

Bu ilin martından bu günədək dünyada inflyasiya templərinin artımı ilə əlaqədar yoxsulluq həddini keçən insanların sayı 71 milyon nəfər artıb.

Trend-in məlumatına görə, bu barədə BMT İnkişaf Proqramının hesabatında deyilir.

Qeyd olunur ki, mütəxəssislər 159 ölkədə mövcud vəziyyətin təhlilini aparıb və məlum olub ki, əvvəl ala bildikləri məhsulları artıq ala bilməyən insanların sayı misli görünməmiş şəkildə yüksəlib.

BMT İnkişaf Proqramı yoxsulluqla üzləşən ölkələrə beynəlxalq yardımın göstərilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, BMT-nin son statistik məlumatlarına əsasən, dünyada 695,5 milyon insan yoxsulluq həddindən aşağıda yaşayır.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

5 + 6 =